Sabah bu ərazilərdə işıq olmayacaq
24 Avqust 23:59
| Ana səhifə Toplum |
|
Paytaxtda yolların genişləndirilməsi işləri davam edir. "20 yanvar" dairəsi adlanan ərazidə yolun genişləndirilməsi işləri aparılır.
"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, sözügedən ərazidə artıq işlərə başlanılıb. Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri 20 Yanvar ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı.
Bunu nəzərə alaraq həmin ərəzidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib. Bundan əlavə, həmin hissədə hündürlüyü 50 sm olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.
|
Tarix
2015.03.16 / 13:02
|
Müəllif
Nigar İxtiyarqızı
|