Yuxarı

Yeni qurulan yarmarka çadırları kimindir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni qurulan yarmarka çadırları kimindir? - Foto

Novruz bayramı ilə əlaqədar bir çox metro stansiyalarının qarşısında kiçik çadırlar qurulub.

Axar.az xəbər verir ki, xüsusilə metronun "Elmlər Akademiyası", "İçərişəhər" stansiyalarının qarşısında qurulan kiçik çadırlar bayramla bağlı məhsulların satışını həyata keçirmək məqsədilə hazırlanıb. Dünəndən etibarən qurulmağa başlayan çadırların əvvəlcə hansı məqsədlə qurulduğu bəlli olmasa da, bu gün artıq çadırlarda kənd təsərrüfatı və ərzaq məhsullarının satışına start verilib.

Məqsəd Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatını ödəməkdir. Hələlik yeni və kiçik yarmarka çadırları ilə bağlı heç bir rəsmi qurum məlumat verməyib.

Bakı şəhər İcra Hakimiyyətindən də məsələyə heç bir açıqlama verilməyib. Bakı meriyasından bildirilib ki, hələlik bu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları həyata keçirilir.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edir. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunur.

Tarix
2015.03.17 / 15:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kreml AZAL-a görə addım atmadı: Əgər sübutumuz varsa...

1891, ermənilərin milli geyimi bu cür olub - Foto

Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla