Yuxarı

Sosial yardım almaq istəyənlərə müjdə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:10

Ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənə bilər.

Axar.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov təkliflər irəli sürüldüyünü açıqlayıb. Onun sözlərinə görə, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna ediləcək dəyişikliklər müzakirə olunub. Təklif edilən dəyişikliklərə əsasən, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcəli əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması meyarları da nəzərə alınacaq.

Deputat qeyd edib ki, adıçəkilən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat 7 iş gün ərzində dövlət qurumuna bildirilməli idisə, təklif olunan dəyişikliklərdə bu müddət 15 iş gününədək uzadılacaq.

“Dəyişikliklərə əsasən, elektron məlumatlarda dəyişiklik baş verdiyi halda ünvanlı sosial yardım alan vətəndaşın bu barədə icra qurumunu məlumatlandırmasına artıq ehtiyac yoxdur. Sözügedən sosial yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilir və bununla da həmin ailələrin aktiv məşğulluğa cəlb edilməsi hədəflənir.

Sosial yardıma müraciət qaydalarında da dəyişiklik nəzərdə tutulur. Belə ki, mövcud qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşdırılır. Amma yeni qaydalar təsdiq olunduqdan sonra krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda aliment gəlir və ya xərc kimi nəzərə alınmayacaq və bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq”,- deyə V.Bayramov bildirib.

Deputat ünvanlı dövlət sosial yardıma müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılmasını təklif edb:

“Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manatadək çatdırılacaq. Bu o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limit 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq.

Ünvanlı sosial yardım üçün müəyyənləşdirilən müddətin 1 il olduğunu nəzərə alaraq təklif etdim ki, sosial yardım təyin edilən birinci ildə aztəminatlı ailənin gəlirlərində dəyişiklik baş vermədiyi halda sosial yardımın təyin edilməsi müddəti daha bir il uzadılsın. Yəni aztəminatlı ailəyə 1 illik sosial yardım müəyyənləşir və həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda “zaman ekstenşini” olsun və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun.

Həmçinin ünvanlı dövlət sosial yardım proqramının re-brendiqi həyata keçirilməsini tövsiyə etdim. Bu, proqrama olan inamın və eləcə də səmərəliliyin yüksəlməsinə səbəb ola bilər. Müzakirələr zamanı ehtiyac meyarı, yaşayış minimumu və gəlir və xərclərin hesablanması metodologiyası ilə bağlı təkliflərimi də təqdim etdim. Bütövlükdə həm qanuna, həm də qaydalara ediləcək dəyişikliklər mütərəqqidir və ünvanlı sosial yardıma əlçatanlığı artıracaq”.

Tarix
2020.05.13 / 12:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

İlham Əliyev bunun üçün 20 milyon manat ayırdı

Azər Zahidin əxlaqsızlıq şousunu kim maliyyələşdirir? - Video

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - Fotofakt

Ərdoğanla Əliyev Suriya ilə bağlı razılaşdı

Ərdoğan İlham Əliyevə zəng etdi

Prezident idmançıları mükafatlandırdı - Fotolar

Ermənistanın yerlə-yeksan etdiyi ərazidə yeni həyat qururuq

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla