Yuxarı

Azərbaycanda ov mövsümü açılır? - İclas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ov mövsümü açılır? - İclas

Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

Axar.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illər ov mövsümünün açılıb-açılmaması məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 31 may 2020-ci il tarixində veriləcək növbəti qərardan sonra baxılması razılığına gəlinib.

O qeyd edib ki, hər il may ayının sonu, ov mövsümü başlamamışdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir:

“Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar”.

Tarix
2020.05.20 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla