Yuxarı

Səfirdən Avropa məhkəməsinə: Ramil Səfərov uşaq ikən...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirdən Avropa məhkəməsinə: Ramil Səfərov uşaq ikən...

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin "Qardian" qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, məqalədə Dağlıq Qarabağın "mübahisəli ərazi" olmadığı, Azərbaycanın ayrılmaz, beynəlxalq səviyyədə tanınmış bir hissəsi olduğu və Azərbaycanın yeddi rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır.

Həmçinin 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyi, lakin bu qətnamələrin hələ də yerinə yetirilmədiyi bildirilir.

Məqalədə Ramil Səfərovun uşaq ikən hazırda erməni işğalı altında olan doğma şəhəri Cəbrayıldan zor gücü ilə qovulduğu diqqətə çatdırılır. Onun səkkiz il həbsdə olduğu Macarıstandan Azərbaycana verilməsinin qanuni əsaslarla həyata keçirildiyi və istənilən suveren dövlət başçısının vətəndaşlarını əfv etməsi isə konstitusiya hüququ olduğu bildirilir.

Sonda, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün ədalətə çağırış etdiyi vaxt, Ermənistanın Azərbaycan ərazilərində işğalını möhkəmləndirmək üçün bütün vasitələrdən və platformalardan istifadə etdiyi qeyd edilir.

Tarix
2020.05.29 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla