Yuxarı

İri ticarət mərkəzləri açılır: Hansı qadağalar olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İri ticarət mərkəzləri açılır: Hansı qadağalar olacaq?

Sahibkarlar və satıcılar maska taxmasalar, onların mağazalarının açılmasına imkan verilməyəcək.

Axar.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında "Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib. Onun sözlərinə görə, hazırda bazarda təmizlik işləri aparılır:

"Bazarda Operativ Qərargahın qoyduğu bütün qaydalara və qadağalar sahibkarların nəzərinə çatdırılacaq və əməl olunacaq. Ticarət mərkəzi açılan gün satıcılara maska paylanılacaq. Alıcılara qadağalar qoyulacaq ki, maskasız bazara girilməsin. Sahibkar və satıcılar maska taxmasalar, mağazalarının açılmasına imkan verilməyəcək”.

K.Qədim qeyd edib ki, digər qoruyucu vasitələrdən də istifadə olunacaq:

"Sosial məsafə saxlanılmalıdır. Deyilən qaydalara və tövsiyələrə əməl etməyən sahibkarlar və satıcılar haqqında tədbir görüləcək. Bazarın özündə cəza tədbirləri var”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün yaydığı qərara əsasən, 31 may 2020-ci il saat 00:00-dan ölkə ərazisində iri ticarət mərkəzlərinin və molların fəaliyyəti bərpa olunacaq.

Tarix
2020.05.30 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla