Yuxarı

Bu qanuna əməl edilmir, təhlükə var – Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qanuna əməl edilmir, təhlükə var – Deputat

Çox təəssüf ki, uşaqların tütün məhsullarından qorunması üçün qəbul etdiyimiz qanunların həyata keçirilməsində ciddi problemlər var.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, Azərbaycanda 1,3 milyon insan tütündən istifadə edir və uşaqlar, gənclər arasında qəlyandan istifadənin sayı getdikcə artır:

“1 saat qəlyandan istifadənin 40 ədəd siqaretin zərərinə bərabər olduğunu nəzərə alsaq, bunun gənclərimizdə necə böyük fəsadlara səbəb olacağını görə bilərik”.

Tütün məmulatlarının 18 yaşına çatmayan uşaqlara satılmasının qadağan olunması barədə qanuna əməl olunmadığını deyən Q.Paşayeva həmin məsələnin həlli ilə bağlı müvafiq qurumlara çağırış edib:

“Qanunla qadağan olunsa da, bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır. Həmçinin məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir. Qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanunu həyata keçirməli olan qurumlarla müzakirələr aparılmalı, qanunun həyata keçirilməsində yaşanan problemlər aşkarlanmalı və həmin problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir”.

Tarix
2020.06.01 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

Slovakiya prezidenti Füzuliyə gəldi - Foto

Baş Qərargah rəisi Muraveyko ilə görüşdü - MN

XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla