Yuxarı

OBA-dan alınan toyuq qurdlu çıxdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə OBA marketdə qurdlu toyuq satılması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Bu barədə Axar.az-a “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin marketdən aldığı toyuğun qurdlu çıxması barədə yaydığı görüntülərə münasibət bildirən OBA marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin İzzət deyib. O bildirib ki, sözügedən toyuğun daşınması və satışı zamanı saxlanma şəraitinə tam əməl edilib:

“OBA Marketlər Şəbəkəsinin daimi müştərilərindən olan Azad Mustafayev adlı şəxs OBA-nın Gəncədəki filiallarının birindən aldığı “Cənub broyler”ə məxsus soyudulmuş təzə toyuğun evdə bişirilərkən içindən qurdlar çıxdığını iddia edib. Daim müştərilərin hüquqlarının qorunmasına çalışan OBA Marketlər Şəbəkəsi tərəfindən şikayətlə bağlı dərhal araşdırmaya başlanılıb və məlum olub ki, həmin gün təzə “Cənub broyler” toyuqları endirim kampaniyası çərçivəsində daha ucuz təqdim olunduğundan, mağazalara daxil olduğu gün də hamısı satılıb. Ümumiyyətlə, mayın 23-də və sonrakı günlərdə Gəncədəki OBA marketlərində satışa çıxarılan minlərlə “Cənub broyler” toyuğunun heç birində qurd və ya digər neqativ hal qeydə alınmayıb. Toyuqların satıldığı OBA mağazalarında məhsulların, o cümlədən təzə toyuqların saxlanma şəraiti də gözdən keçirilib və ilkin baxış zaman orda da hər hansı çatışmazlıq olmayıb. Buna baxmayaraq, həmin mağazada daha dərin araşdırılma aparılması barədə qərar qəbul olunub. Məsələ ilə əlaqədar “Cənub broyler”in region üzrə təmsilçisi də müştəri ilə əlaqə saxlayıb, ona toyuqların necə daşınması, saxlanması və mağazalara paylanması barədə məlumat verməklə yanaşı, bütün proses və şəraitlə də əyani şəkildə tanış edilib. Bildirilib ki, “Cənub broyler” toyuqlarının bu vaxta qədər satışda olduğu dövrdə bircə dəfə də olsun, bu cür neqativ hala rast gəlinməyib və bununla bağlı heç bir şikayət də olmayıb. Müştəriyə istehsalından tutmuş satışınadək toyuqların saxlanmasında “soyuq zəncir” effekti barədə ətraflı məlumat verilib. Bilidirilib ki, əgər bu “soyuq zəncir” effekti pozulsaydı, qurd bir yox, minlərlə toyuqda aşkar edilərdi. Halbuki, bu baş verməyib. Müştəriyə izah edilib ki, “soyuq zəncir” effektinin qırılması yalnız ya mağazada, ya da məhsulu alan müştərinin evində saxlanma şəraitinin pozulması nəticəsində baş verə bilər. O zaman toyuğun qurd salması mümkündür”.

İ.İzzət bildirib ki, şikayətçi Azad Mustafayev 23 mayda aldığı toyuğun mayın 31-də bişirilərkən içindən qurdların çıxdığını görüb:

“Şikayətçiyə toyuğun saxlanma şəraiti ilə tanış olmaq təklif edilsə də, o, bundan imtina edib və bildirib ki, toyuq alındığı gündən bəri evdəki soyuducuda saxlanılıb və soyuducu da qaydasındadır. Müştəridən məhsulu maddi sübut kimi tələb etdikdə isə o, əvvəlcə “qurdlu toyuğu” evdə saxlamayıb zibilxanaya atdıqlarını, lakin üstündən təxminən 2 saat sonra toyuğu atmayıb, zibil torbasında saxladıqlarını və onu maddi sübut kimi təqdim etməyə hazır olduğunu deyib. Daha ətraflı araşdırmalardan sonra nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev OBA-dan aldığı toyuğun qurdlu çıxması barədə məlumat və foto paylaşıb.

Tarix
2020.06.01 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla