Yuxarı

Ana və bacısını namus üstə güllələdi... – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana və bacısını namus üstə güllələdi... – Təfərrüat

Bərdədə güllələnərəq qətlə yetirilmiş ana və qızının ölümü ilə bağlı bəzi təfərrüat üzə çıxıb.

Hadisənin baş verdiyi Bərdənin Alaçadırlı kəndində olan mənbənin Axar.az-a verdiyi məlumata görə, qətl namus üstündə olub. Belə ki, hadisəni törədən Toğrul Zeynallının anası ilə atası boşanıb və ata sonradan ailə qurub.

Bu ayrılıqdan sonra T.Zeynallı atası ilə birgə yaşayıb. Onun atası ilə kənddəki maşın təmiri sexində işlədiyi də məlumdur. Məlumata görə, Toğrulun öldürdüyü bacısı ailəli olub. Lakin o, boşanaraq anasının yanına gəlib. Onun azyaşlı körpəsinin olduğu da deyilir.

Kənddə anası və bacısı ilə bağlı müəyyən söz-söhbətlər yayıldığı üçün T.Zeynallı belə bir əmələ əl atıb. Kənddə hadisəni törədən T.Zeynallı və atası Musa Zeynallının hörmət sahibi olduqları deyilir. Məhz bu səbəbdən T.Zeynallının belə bir hadisə törətdiyinə hər kəs təəccüblənib.

Xatıradaq ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Musa oğlu Zeynallı qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Nazirə Həmid qızı Zeynalovanı ov silahından atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Əminə Musa qızı Zeynallı evdən qaçıb. Bacısının arxasınca düşən T.Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq, həmin silahla öldürüb.

T.Zeynallı dünən özü polisə təslim olub.

Tarix
2020.06.03 / 13:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla