Yuxarı

Generallar Ermənistanla sərhəddə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmə­ti (DSX) və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qay­da­­­larının möhkəmlən­dirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

DSX-dan Axar.az-a daxil olan məlumatda qeyd olunur ki, bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şə­raitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qay­da­­­larının və hərbi intizamın möhkəmlən­dirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə mü­şavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2020.06.04 / 11:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla