Yuxarı

Astara Bakı bulvarına qarşı – Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astara Bakı bulvarına qarşı – Fotolar

Astarada möhtəşəm bulvar salınır.

Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, dənizkənarı ərazidə əhali üçün istifadəyə veriləcək bulvarın qarşısında yeni evlər də tikilir.

Bakı bulvarı ilə rəqabət aparacaq bu park-bulvarın tikintisinə 2014-cü ilin aprelində başlanılıb. 8 hektar bataqlıq sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kub metrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiya ilə betonlanıb. Bulvar ərazisində əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulub.

Bundan əlavə, rayona gələn turistlərin və qonaqların istirahətini təmin etmək üçün bulvara yaxın ərazidə olan mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel inşa edilib. Eyni zamanda, hotelin yaxınlığında 12 ədəd 2 mərtəbəli kottec də tikilir.

Tarix
2015.03.26 / 13:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla