Yuxarı

Sürücülərə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə şad xəbər

Aparılan təmir işləri ilə əlaqədar Bakının mərkəzində bağlanan bütün yollar yaxın 2-3 gündə açılaraq istifadəyə veriləcək.

Bunu Axar.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, martın 26-sı səhər saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb: "Hazırda həmin ərazidə köhnə asfalt-beton örtüyünün qaşınması işləri gedir. Sabahdan etibarən isə ora yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq".

Bundan əlavə, P.Mürsəliyev qeyd edib ki, dünən axşam saat 23:00-dən etibarən isə təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda, Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlanıb: "Orada da köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Axşam saatlarınadək orada yeni örtüyün döşənməsi işləri yekunlacaq".

"Azəryolservis"in sözçüsü bildirib ki, artıq bəzi yollarda işlər tamamlanmaq üzrədir: "Hazırda Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində son tamamlanma işləri aparılır. Burada xətlənmə işləri uzunömürlü isti və soyuq boyalardan istifadə edilməklə aparılır. Artıq bu gün saat 13-14 radələrində yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün açılacaq. Həmçinin, Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işləri davam etdirilir. Artıq küçə boyu yeni asfalt-beton örtüyü döşənir. Bundan əlavə, 20 yanvar dairəsi, Bakı dairəvi yolunda təmir işləri davam edir. Dünən, Süleyman Rüstəm küçəsində görülən işlər başa çatdırılıb. Hazırda orada kommunikasiya quyularının dəmir-beton plitələrinin qapaqları dəyişdirilir. Sabahdan orada da işlər yekunlaşacaq. Ümumiyyətlə, yaxın 2-3 gün ərzində Bakının mərkəzində bağlanan bütün yollarda aparılan bütün işləri tamamilə yekunlaşdırmaq fikrindəyik".

Tarix
2015.03.26 / 13:08
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla