Yuxarı

Tovuzda tələbə qız qaçırıldı və... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda dəhşətli hadisə baş verib. Rayonun Əyyublu qəsəbə sakini 20 yaşlı tələbə qız G.K (Qızın qohumları adının açıqlamasını istəmədi) tətillə əlaqədar evlərində olarkən şok yaşayıb.

Qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, tələbə qız həmkəndliləri tərəfindən qaçırılaraq zorlanıb.

Qohumların sözlərinə görə, G.K həmyaşıdlarının şantajına uğrayıb. Qəsəbənin 4 gənc sakini qızı zorlanma ilə bağlı səkilləri yaymaqla şantaj edirlər. Bir neçə dəfə qıza zəng edərək görüşə çağırıblar. Lakin G.K etiraz edib və qorxduğundan heç kimə də heç nə bildirməyib.

"Martin 22-də saat 12 radələrində Məmmədov Kamil Əbülfət oğlu, Niyazov Elməddin İskəndər oğlu ilə birgə G.K qaçırıb. Qızı möhkəm döyüb və ona qarşı seksual hərəkət ediblər. Daha sonra qızı nənəsigilə gətiriblər.

Bir neçə saat sonra qıza zəng edərək baş verənləri çəkdiklərini və əgər küçəyə çıxmazsa, fotoları yayacaqlarını bildiriblər. Qıza qarşı seksual hərəkət edənlər baş verən hadisəni dostları Kərimov Mürsəl Asif oğlu və Rzayev Nemət Həsrət oğluna danışıblar. Bu dəfə onları da özləri ilə gətiriblər. Qızın başına oyun açdıqdan sonra yenidən gətirib nənəsigilə qoyublar. Baş verənlər haqda kiməsə danışacağı halda qızı ölümlə hədələyiblər", - deyə qızın yaxınları bildirib.

Tovuz rayon Polis İdarəsinin müstəntiqi Namiq Kazımov faktı təsdiqləyib. O bildirib ki, qız zorlanmayıb, sadəcə ona qarşı seksual hərəkətlər edilib.

Müstəntiqin sözlərinə görə, faktla bağlı cinayət işi açlılıb.

Tarix
2015.03.27 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla