Yuxarı

Daha 25 qazaxıstanlı Bakıdan yola salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 25 qazaxıstanlı Bakıdan yola salındı

COVİD-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlər bağlandığı üçün ölkəmizdə qalan daha 25 Qazaxıstan vətəndaşı iyunun 10-da ölkələrinə yola salınıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dən Axar.az-a bildirilib ki, Qazaxıstanda yaşamaq hüququ olan 9 Azərbaycan və 1 Gürcüstan vətəndaşı da yola düşüb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Merkuri-1 bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq, Bakı Limanında COVİD-19 pandemiyası ilə əlaqədar testdən keçiriliblər və testin nəticələri bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, bu ilin may ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib. Bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

Qeyd edək ki, may və iyun ayı ərzində 53 Qazaxıstan vətəndaşı və 14 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Tarix
2020.06.11 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla