Yuxarı

Azərbaycanda vəhşi heyvanlar şəhərlərə niyə girir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda vəhşi heyvanlar şəhərlərə niyə girir?

Vəhşi heyvanların şəhərə, kəndə, yaşayış yelərinə girməsinin birinci səbəbi heyvanların yaşayış arealının daralmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Telman Zeynalov Şəkinin mərkəzi küçələrini gəzintiyə çıxan ayıdan sonra bu dəfə rayonun Baş Layısqı kəndində axşam saatlarında ayıların görünməsi səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, brokanyerlər meşələrimizdə quş, dovşan və bu kimi heyvanları öldürdüyü üçün vəhşi heyvanların qidası azalıb:

“Heyvanlar özlərinə qida tapa bilməyəndə məcbur qalıb yaşayış yerlərinə girirlər. Vəhşi heyvanların yaşayış yerlərinə hücumunun yeganə səbəbi qida axtarışıdır”.

Ekoloq problemin qarşısını almaq üçün yol da göstərib:

“Nə qədər ki gec deyil, bunun qarşısını almaq mümkündür. Hər bir regionda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölmələri, qoruqları var. Bu gün bu nazirlik meşələrimizin qorunması üçün kifayət qədər iş görür. Təklif edərdim ki, nazirliyin regionlar üzrə bölmələri meşələrdə yem bazası yaratsın. Bu gün meşələrimizdə yem bazası yaradılsa, heyvanların yaşayış yerlərinə hücumu kəsilər. İnanmıram ki, qarnı tox, yemək tapmış heyvan yaşayış məntəqəsinə girsin. İnsanlar təbiətin qanunlarını pozmamalıdır. Meşəlik ərazilərdə evlər, villalar tikilir. Heyvanların yaşayış arealı daralır. Heyvanlar təbii olaraq qida tapmaq problemi də üzləşirlər. Meşələr heyvanlarındır. İnsan əgər vəhşi heyvanın onun yaşayış yerinə girməsini, qoyun-quzusuna hücum etməsini istəmirsə, təbiətin qanunlarını pozmamalıdır”.

Xatırladaq ki, ötən gün axşam saatlarında rayonun Baş Layısqı kəndində avtomobil yolunda ayılar görünüb. Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib.

Mayın 31-də də Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunmuşdu.

Tarix
2020.06.11 / 13:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla