Yuxarı

İmtahan suallarından narazılıq edildi – DİM-dən cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) 11 iyunda keçirdiyi buraxılış imtahanı ciddi narazılığa səbəb olub.

Bu barədə bir qrup valideynin Axar.az-ın redaksiyasına ünvanladığı şikayət məktubunda qeyd edilib. Valideynlər builki imtahanlarda şagirdlərə ədalətsizlik edildiyini iddia ediblər:

“İyunun 10-da paytaxtın Xətai rayonununda keçirilən buraxılış imtahanının sualları digərləri ilə müqayisədə olduqca çətin olub. Halbuki pandemiya dövrü ilə əlaqədar abituriyentlərə güzəşt tətbiq olunacağı bildirilirdi. Bu səbəbdən 700-ə yaxın valideyn Dövlət İmtahan Mərkəzinin rəsmi saytına şikayət məktubu ünvanlayıb”.

Valdeyinlər bildirib ki, DİM tərəfindən hər kəsə imtahan binasının qarşısında olması üçün əvvəlcədən vaxt təyin edilsə də, şagirdləri göstərilən vaxtdan bir neçə saat sonra içəri buraxıblar:

“Şagirdlərin bir neçəsi günün altında qaldığı üçün bədən temperaturu qalxmışdı. Bu səbəbdən həmin şagirdləri binanın girişində bir neçə dəqiqə gözlətdikdən sonra imtahan otağına buraxdılar”.

Məsələ ilə bağlı saytımızın sorğusuna cavab verən Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə qeyd edib ki, imtahanda istifadə olunmuş suallar dərsliklərə və fənlər üzrə tətbiq olunan standartlara tam uyğundur:

“Əslində imtahanda istifadə olunan sualların məzmunu, onların çətinlik dərəcəsi və s. məsələlərlə bağlı fikir bildirmək düzgün deyil. Hazırda buraxılış imtahanlarının keçirilməsi prosesi davam edir. Bu, daha sonra imtahan verən uşaqların psixologiyasına da mənfi təsir göstərə bilər. Məlumat üçün bildirim ki, imtahanda istifadə olunmuş suallar dərsliklərə və fənlər üzrə tətbiq olunan standartlara tam uyğundur. Buraxılış (qəbul) imtahanı proqramları, fənlər üzrə alt standartlar, imtahanda istifadə olunacaq test tapşırığı nümunələri, qiymətləndirmə meyarları və s. “Abituriyent” jurnalının buraxılışlarında şagirdlərə təqdim olunub. Hər imtahanda test blokunda asan, orta və çətin tipli tapşırıqlar olur. Bu, ümumi qaydadır və bütün bölgələrdə keçirilən imtahanlarda bölgü eyni cür saxlanılır. Bilik səviyyəsinə uyğun olaraq fərdi qaydada imtahan kiməsə çətin və ya asan gələ bilər, bu da təbiidir. Bir məsələni də qeyd edim ki, imtahan bitdikdən sonra sual kitabçaları şagirdlərdən təhvil alınır. Yəni suallarla heç kim tanış deyil. İmtahan iştirakçısı olan bir neçə nəfərin fikrinə əsaslanaraq imtahanın məzmunu ilə bağlı fikir yürütmək doğru deyil. Nəticələr elmi-statistik təhlil edildikdən sonra deyə bilərik ki, şagirdlər imtahan suallarına necə cavab veriblər”.

Qurum rəsmisi imtahan keçirilən binanın qarşısında şagirdlərin saatlarla gözlədilməsi və təyin edilən vaxtdan gec binaya buraxılması barədə iddialara da aydınlıq gətirib:

“Bu il keçirilən imtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilib. İlk növbədə, imtahanlar daha da lokallaşıdırılıb, yəni imtahan keçiriləcək mərkəzlərin sayı kifayət qədər artırılıb. İmtahanların keçirilməsi üçün 3284 imtahan zalı ayrılıb. Bir imtahan binasında maksimum 250, bir imtahan zalında isə 12-15 nəfər imtahan verib. İmtahan binasının önündə təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları da təyin edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan günü bina və onun ətrafını mühafizə edən polis əməkdaşlarının da xüsusi rolu və səyi nəticəsində bu iş lazımi qaydada həyata keçirilib. Lakin təbii ki, imtahan iştirakçılarının eyni anda binaya daxil olması mümkün deyil. Bunun üçün binanın tutumundan asılı olaraq 1 saat və ya 1 saat 30 dəqiqə vaxt ayrılır. Binaya daxil olan hər bir şəxsin hərarəti ölçülür, sənədləri və üst-başları yoxlanılır. Ona görə də bu prosesin ümumilikdə müəyyən qədər vaxt aparması təbii haldır”.

Tarix
2020.06.14 / 09:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İSESKO-nun baş direktoru Azərbaycana gəldi

XİN-dən Bayraq Günü münasibətilə paylaşım - Foto

Tuvalunun baş naziri Azərbaycana gəldi

Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır

Hilda Heine Bakıya gəldi

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Sadır Japarov Azərbaycana gəlir

Filip İsdor Mpanqo Bakıya gəldi

Ukraynada savaş belə bitir – Trampın planı

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla