Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən
məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim
normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı
gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı
ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 12-14°
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 12-17° isti, bəzi
günlərdə 20-25° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
23-33 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16°
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi
günlərdə 22-27° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
34-59 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd,
Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq
temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 0-3° şaxta
təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 22°-dək
yüksələcək.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
54-83 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında orta aylıq temperaturun 12-15° isti olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr
7-12° isti təşkil edəcək.
Gündüzlər 13-18° isti, bəzi günlərdə 21-26° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
31-54 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
orta aylıq temperaturun 11-14° isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 6-11° isti, bəzi günlərdə 0-5° şaxta təşkil edəcək.
Gündüzlər 11-16° isti, bəzi günlərdə 19-24° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
29-126 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun
13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək.
Gündüzlər 13-17° isti, bəzi günlərdə 22-27° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
30-49 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran,
Astara rayonlarında orta aylıq temperaturun 13-15° isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi
günlərdə 21-26° isti gözlənilir. Yağıntı aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı
gözlənilir.