Yuxarı

Daha bir həkim koronadan öldü: Paşayevadan çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir həkim koronadan öldü: Paşayevadan çağırış

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat yayıb.

“Bu gün çox ağır bir gün oldu mənimçün. Məktəb illərindən yaxından tanıdığım, gözəl həkim, əsl insan Ceyhun bəy (Həkim-anestezioloq Ceyhun Hacıyev - red.) bir az öncə COVİD-19-dan həyatını itirdi. Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi...

Ceyhun bəyin Tibb Universitetində oxuduğumuz illərini xatırlayıram. Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu - çox sevdiyi həkimlik peşəsinə yiyələnmək üçün min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış COVİD-19-un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində - ilk simptomlar artıq özünü büruzə verməyə başlayanda xəbərim olsaydı, onu həmin dəqiqə peşəkar həkim heyətinə çatdırardım. İcazə verməzdim saatlar itirsin. Xəstəlik elə sürətlə irəliləmişdi ki, mənə xəbər verəndə artıq süni tənəffüs aparatının altında belə qanda oksigenin səviyyəsi çox aşağı idi. Məlumat alan kimi 30-40 dəqiqə içində onu 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirməyə nail ola bildik. O, xüsusi tənəffüs aparatına qoşulanda sevindik. (Təəsüf ki, indi bu aparata ehtiyacı olanlarımız, reanimasiyada intensiv müalicə alan vətəndaşlarımız heç də az deyil.) Amma xəstəxanaya çatdırılandan 15-20 dəqiqə keçməmiş onun vəfat etməsi xəbəri ilə sarsıldıq... Nə gizlədim, hər gün millət vəkili kimi mənə müraciətlərə əsasən ən azı 2-3 ağır xəstəni, səhərin erkən saatları, gecədən keçmiş demədən, xəstəxanaya yerləşdirmək üçün çalışırıq. Hər gün COVİD-19-dan ağır vəziyyətə düşən xəstələrin ailələrinin göz yaşı və acısını paylaşırıq. Çox sarsılmışıq, çox...” - Qənirə Paşayeva bildirib.

Millət vəkili Azərbaycan vətəndaşlarına müraciət edib

“Əziz həmvətənlərim, seçicilərim, oxucularım, dostlarım! Qlobal pandemiyanın tüğyan etdiyi bu günlərdə sizdən xahiş edirəm, bu azsa, təkrarən və dərindən xahiş edirəm, yetməzsə, bir doğmanız olaraq, yalvarıram: Özünüzü qoruyun! COVİD-19-a etinasız yanaşmayın! Özünüzü qorumasanız, sevdiklərinizi də qoruya bilməyəcəksiz”.

Tarix
2020.06.28 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla