Yuxarı

Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi

Bu gün ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan daha bir şəhid ailəsinin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti və şəfqəti sayəsində mənzil problemi həll olunub.

Bu barədə Axar.az-a ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkib:

"Təşkilatımıza müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu bildirib, ipoteka ödənişini ödəməyə imkanı çatmadığını qeyd edib.

Biz ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik. Müraciətimiz tez bir zamanda cavablandırılaraq, həm ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Hazırkı koronavirus pandemiyası dövründə şəhid ailələrinin problemlərinə xüsusi həssaslıq və diqqət göstərmək, bizim dəyərlərimizə dövlətimiz tərəfindən verilən ən yüksək diqqətdir. Bu, bir daha sübut edir ki, hər bir şəhid ailəsi tək deyild, hər bir şəhid övladı əmanət olaraq qayğı və şəfqətlə qorunur.

Bizlərə, dəyərlərimizə sahib çıxdığınız üçün Sizə bir daha minnətdarıq!"

Tarix
2020.07.03 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla