Yuxarı

Heç bir azərbaycanlıya pulsuz baxmayacam - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç bir azərbaycanlıya pulsuz baxmayacam - Həkim

Sağ qalsam, bundan sonra heç bir azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bunu Azərbaycanda koronaviruslu xəstələrə qulluq edən və sonradan özü də virusa yoluxan həkim-anestezioloq Araz Namzatoviç Ağayev qeyd edib.

Həkim sosial şəbəkə statusunda yazıb:

“Dostlar! Özümü qoruya bilmədim. Maləsəf, mən də yoluxdum (Diaqnoz: ikitərəfli ağciyər pnevmoniyası; sol 50% zədələnib). Təngnəfəslik, boğulma, öskürək, qızdırma yorur. Müalicə başlanıb.

İşlədiyim xəstəxanaya yerləşdim. Yerləşdiyim otaqda tualet var. 50-60 yaşlarında bir xala gəlib həmin tualetə girir (qaldığımız otaqda məndən əlavə iki kişi xəstə var) və tualetin içinə nə gəldi atır. İş o həddə çatıb ki, artıq tualet işləmir. Bu gün irad bildirmişəm ki, ay xala, heç olmasa, eyni məsafədə şöbənin o biri tərəfində tualet var, get ora. Səsini atdı başına, mənə “erməni”yə qədər dedi. Dedim, düz deyirsən, mən “erməni” sən azərbaycanlıya üç aydır niyə baxıram ki, yoluxub bura gələm. Nə desən, haqlısan…

Əlqərəz. Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm (şəhid ailələri və qazilərdən başqa)”.

Tarix
2020.07.05 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla