Yuxarı

Deputat DTX-nin XİN-dəki əməliyyatından danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat DTX-nin XİN-dəki əməliyyatından danışdı - Video

13:05

Bu qurumda bizim müəyyən dərəcədə sıxıntılarımızın olması ölkənin təhlükəsizlik baxımından narahatedici amillərdən biridir.

Axar.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatdan danışarkən deyib. Deputat XİN-də keçirilən əməliyyatı normal hesab etdiyini bildirib:

"Korrupsiya, qanun pozuntuları olan yerdə dövlət təhlükəsizlik orqanlarının fəaliyyəti olduqca təqdir olunandır. Bu məsələlər ümumi proseslərin ancaq xeyrinədir. Çünki həqiqətən də, ölkədə korrupsiyaya qarşı bir mübarizə başlanılıb və proses gedir. Bu baxımdan da mən normal qəbul edirəm. Çünki Xarici İşlər Nazirliyi strateji əhəmiyyət daşıyan bir qurumdur. Bu qurumda da bizim müəyyən dərəcədə sıxıntılarımızın olması ölkənin təhlükəsizlik baxımından narahatedici amillərindən biridir. Ölkə Prezidentinin də korrupsiyaya qarşı mübarizə kursunu qətiyyətlə davam etdirdiyinin göstəricisidir".

"Mədəniyyət Nazirliyində baş verən proseslər Xarici İşlər Nazirliyində də təkrar oluna bilərmi", sualına deputatın cavabı belə oldu:

"Mümkündür, bu da ola bilər".

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Xarici İşlər Nazirliyində əməliyyat keçirib. XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Tarix
2020.07.07 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir

Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!

Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi

İlk dəfə müharibədə bunu biz tətbiq etdik - Prezident

Azərbaycanlıların qayıtması Ermənistanı qorxutmasın!

Bu kürsüdən dövlət strukturlarına göstəriş verirəm...

Yalnız bu sərvət heç vaxt tükənmir - İlham Əliyev

Prezident hərbi paraddan danışdı

Azərbaycan dili sıradan çıxarılır, lazımı tədbir görəcəm!

Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla