Yuxarı

ETSN: Böyükşor gölü ekoloji problemləri olan su hövzəsidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ETSN: Böyükşor gölü ekoloji problemləri olan su hövzəsidir

Dünən paytaxtın bir sıra rayonlarında kəskin, xoşagəlməz iy-qoxu hiss olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bununla bağlı daxil olan məlumat operativ araşdırıldı və ilkin olaraq həmin iy-qoxunun mənbəyinin Böyükşor gölü olduğu müəyyən edildi. Nazirliyin müvafiq qurumları tərəfindən həm gölün suyundan, həm də atmosferdən nümunələr götürülərək bioloji və kimyəvi analiz aparıldı. Analizlərin bir qisminin nəticəsi əldə olunsa da, bəzilərinə bir az zaman lazımdır. İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Nazirliyin rəsmisi bildirib ki, Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir:

“Ətrafda yerləşən bəzi məntəqələrin, istehsalat müəssisələrinin, yaşayış evlərinin tullantıları, çirkab suları vahid mərkəzləşmiş kanalizasiya sistemi olmadığına görə həmin gölə axıdılır. Bu səbəbdən orada az da olsa iy-qoxu müşahidə edilirdi. Lakin dünənki kəskin qoxunun səbəbi həm analizlərdən, həm də digər istiqamətlər üzrə apardığımız təhlillərdən sonra müəyyənləşəcək. İlkin ehtimallardan biri iki gün öncə “Sobsan” boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılmasıdır. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə həmin məsələni də araşdırırıq. Aparılan araşdırmaların və kimyəvi-bioloji analizlərin nəticəsi məlum olduqdan sonra yekun rəy ictimaiyyətə açıqlanacaq”.

H.Əlizadə son illərdə Böyükşor gölünün təmizlənməsi istiqamətində dövlət tərəfindən kifayət qədər böyük tədbirlərin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı proqramların icrası davam etdirilir:

“Təqribən 10 il əvvəl bu göl ekoloji fəlakət zonası elan edilmişdi. Son illər keçirilən tədbirlər gölün ekologiyasına müsbət təsir edib. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.

Tarix
2020.07.07 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla