Yuxarı

Bu kənddə rabitə xətti niyə yoxdur? – Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kənddə rabitə xətti niyə yoxdur? – Nazirlik

Füzuli rayon Böyük Bəhmənli kənd sakinləri kənddə rabitə xəttinin olmamasından şikayət edirlər.

Axar.az xəbər verir ki, 8 min əhalisi olan kəndin sakinləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ATS qurulması üçün müraciət etdiklərini, lakin müsbət cavab almadıqlarını deyiblər.

Məsələ ilə bağlı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, rayonda telekommunikasiya şəbəkəsinin rekonstruksiyası layihəsinin hazırlanması üzrə işlər aparılır:

“Füzuli rayonunun Böyük Bəhmənli kəndində telefon xidmətinə olan tələbatı təmin etmək üçün CDMA texnologiyasının əsasında simsiz rabitə şəbəkəsi qurulub və hazırda istismardadır. Aztelekom MMC-nin xidməti ərazisinə aid olan bütün regionlarda mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilir. Füzuli rayonunda da telekommunikasiya şəbəkəsinin rekonstruksiyası layihəsinin hazırlanması üzrə işlər aparılır”.

Tarix
2020.07.09 / 14:21
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla