Yuxarı

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı

Bu ilin I yarımili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələrinin birləşməsi nəticəsində onların bazasında yaradılan daha 4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu əldə edib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, publik hüquqi şəxs statusu əldə edən müəssisələr arasında “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Texnika və Texnologiylar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” və “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzi” yer almaqdadır.

Qeyd edək ki, sözügedən mərkəzlər ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nizamnamələrində nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaqlar.

Tarix
2020.07.09 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla