Yuxarı

6050 obyektdə sanitar tələblər pozuldu - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
6050 obyektdə sanitar tələblər pozuldu - Nazirlik

İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi tələblərinə əməl edilməsinə nəzarət tədbirləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, iyulun 8-də ümumilikdə monitorinq aparılmış 726 obyektin 258-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 8-də nəzarət tədbirləri keçirilmiş 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 9-dək monitorinq aparılmış 13046 sahibkarlıq subyektindən 6050-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Tarix
2020.07.09 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla