Yuxarı

Nazirlik bu şəbəkələrdə 431 araşdırma apardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 219 sayda, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 212 sayda olmaqla 431 sayda texniki yoxlama aparılıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, yoxlamalar zamanı aşkar edilmiş pozuntularla əlaqədar cavabdeh şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib olunub və pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 98 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 121 sayda elektrik qurğularının layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 43 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina edilib.

Hesabat dövründə təbii qaz istehlakçılarının təqdim etdikləri 271 sayda razılaşdırılmış layihəyə uyğun olaraq, tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1688 sayda tikinti obyektlərinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 38 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində ümumilikdə 10 obyektin elektrik qurğu və avadanlıqları “Elektrik enerjisindən istifadə Qaydaları”nın, 3 obyektin isə qaz qurğularının “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan elektrik enerjisi və qazpaylayıcı şəbəkələrinə qoşulduğu aşkar edilib. Bununla bağlı enerji təchizatı müəssisələrinə və qazpaylayıcılara göstərişlər verilib və müvafiq tədbirlər görülməklə obyektlərin sənədləşməsi təmin olunub.

Bu dövrdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Agentliyin filialları tərəfindən ümumilikdə 115 sayda inzibati xəta haqqında protokol tərtib edilib.

“Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 23 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib və sayğacların kompüterlə oxunması həyata keçirilib.
İstehlakçıların müraciəti əsasında hesabat dövrü ərzində 61 müəssisədə 290 nəfər olmaqla elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi norma və qaydaları, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən təkliflər verilib və bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Tarix
2020.07.10 / 00:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla