Yuxarı

Nazirlikdən 190 manatla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən 190 manatla bağlı - Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirdiyi brifinqdə xüsusi karantin rejimi davam edən 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyənlərdən ibarət aztəminatlı şəxslərin heç də hamısının 190 manat almamasına dair səsləndirilən suala münasibət bildirib.

Nazirlikdən Axar.az-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aprel-may aylarında 600 min şəxs yaşayış minimumu qədər, yəni aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib:

"Həmçinin 16 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) xüsusi karantin rejiminin davam etdiyi üçün həmin şəhər və rayonlar üzrə də 290 minə yaxın insana 190 manat məbləğində birdəfəlik formada ödəniş həyata keçirilib. Ümumilikdə aprel və may aylarında respublika üzrə, habelə son günlərdə 16 şəhər və rayon üzrə birdəfəlik ödəmənin verilməsi üçün ümumilikdə 280 milyon manatdan çox vəsait sərf olunub. Aprel-may ayları üzrə ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı hazırda xüsusi karantin rejiminin mövcud olduğu şəhər və rayonlara aid olan şəxslər, habelə bu 16 şəhər və rayonda qeydiyyatda olanlar bu birdəfəlik ödəməni alıblar".

Qeyd olunub ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, vətəndaşlara dair məlumatların aidiyyəti informasiya sistemləri üzərindən Qərarla təsdiq edilmiş meyarlara uyğunluğunun təkrar yoxlanılması əsasında verilib.

"Aprel-may aylarında ödəmə almasına baxmayaraq, sonradan adında əmək müqaviləsi, VÖEN, torpaq payı və s. aşkar edilib, həmin şəxslərə bu ödəmə qanunauyğun olaraq verilməyib", - məlumatda bildirilib.

Tarix
2020.07.11 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

Azərbaycan və Əlcəzair XİN başçıları görüşdü

Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər

1992-ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... – Səfir

Bakıda hərbi parada hazırlıq işləri görülür - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla