Yuxarı

Elnur Hüseynov səfirlikdən niyə qovulub? - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:40

Son günlər Azərbaycanın Özbəkistandakı səfirliyinin keçmiş əməkdaşı tərəfindən bəzi saytlarda səfirliyə qarşı haqsız və böhtan xarakterli məlumatlar yayılıb.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin attaşesi Elnur Hüseynov 2019-cu ilin fevralında Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin attaşesi vəzifəsinə təyin edilib. Xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə E.Hüseynov Xarici İşlər Nazirliyinin 2020-ci il 8 iyul tarixli əmri ilə tutduğu vəzifədən azad olunub və nazirlik sistemindən xaric edilib.

Səfirliyin məlumatında deyilir: “Səfirliyə təyinatından öncə Elnur Hüseynov bilik səviyyəsi ilə bağlı yanlış məlumatlar verib. Göndərilmiş təqdimatda onun rus, ingilis və türk dillərini bildiyi qeyd edilib. Özbəkistanda bütün rəsmi yazışma və danışıqlar beynəlxalq dil kimi rus və ingilis dillərində aparılır. E.Hüseynov səfirliyə attaşe təyin edildikdən sonra məlum olub ki, o, həmin dilləri bilmədiyi üçün təlimatları, tapşırıqları icra edə bilməyib, bu isə nəticədə səfirliyin iş prosesində ciddi problemlərin yaranmasına səbəb olub. Bu barədə səfirlik Xarici İşlər Nazirliyinə məlumat verib.

E.Hüseynov, həmçinin xidməti istifadə üçün sənədləri mətbuata ötürərək “Dövlət sirri haqqında” Qanunun tələblərini pozub. O, iddia edir ki, səfirlik əməkdaşlarının mənzil icarə xərcləri üçün illik ümumilikdə 74 min 400 ABŞ dolları nəzərdə tutulmasına baxmayaraq, real xərc (səfirliyə göndərilən vəsait) 66 min ABŞ dolları təşkil edir. Bununla əlaqədar bildiririk ki, səfirliyə göndərilən vəsaitə dair cədvəldə bir əməkdaş ştatı (I katib) öz əksini tapmayıb. Bu vəzifə hazırda vakant olduğu üçün cədvələ daxil edilməyib. Əgər ilin sonuna qədər qeyd edilən ştat vakant qalarsa, təbii ki, vəsait (8 min ABŞ dolları) dövlət büdcəsinə avtomatik olaraq qaytarılır.

Səfirliyin digər iki əməkdaşı kimi, E.Hüseynov üçün də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən şəhərdə xüsusi mənzil icarəsinə görə vəsait nəzərdə tutulmayıb, ona və digər əməkdaşlara səfirliyin ərazisindəki mövcud dörd ikiotaqlı mənzildə yaşamaq şəraiti yaradılıb. Lakin E.Hüseynov bu təklifi qəbul etməyib, icarə xərclərini öz imkanları hesabına ödəyərək şəhərin mərkəzində ev tutub.

Xüsusilə qeyd etmək istəyirik ki, bəzi saytlarda yerləşdirilmiş böhtan xarakterli məqalədə “...bataqlıq kimi ad qazanan bir ölkə...” kimi təqdim edilən Özbəkistan, əslində, Azərbaycana qardaş olan və bütün nüfuzlu beynəlxalq təşkilatlarda bizim mövqeyimizi qətiyyətlə dəstəkləyən ölkədir. Onu da unutmayaq ki, Özbəkistan MDB ölkələri arasında yeganə dövlətdir ki, Ermənistanı təcavüzkar adlandırıb və Daşkənddə Ermənistan səfirliyinin açılmasına hələ də icazə verməyib.

Bəzi KİV-lərə xatırlatmağı məqsədəuyğun hesab edirik ki, hər hansı bir məsələ haqqında bilərəkdən yalan məlumatların yayılması, habelə “məxfi” və ya “xidməti istifadə üçün” nəzərdə tutulan sənədlərin dərc edilməsi qanuna ziddir. Azərbaycanın Özbəkistandakı səfirliyi bu və ya digər məsələlərlə bağlı KİV-lərin istənilən suallarına ətraflı cavab verməyə həmişə hazırdır”.

Tarix
2020.07.12 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla