Yuxarı

ABŞ-da kampaniya başladı: Tovuz təxribatı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunda törətdiyi provokasiya və Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı barədə məlumatlandırma kampaniyasına başlayıb.

AZƏRTAC xəbər verir ki, Amerika qanunvericilərinə, Tramp Administrasiyasına və kütləvi informasiya vasitələrinə göndərilən müraciətdə iyulun 12-də erməni qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumunun dəf edildiyi bildirilir. Azərbaycan tərəfinin itkilər verdiyi qeyd olunur. Artilleriya hücumu nəticəsində Azərbaycan ordusunun üç hərbi qulluqçusu öz ölkəsinin ərazi bütövlüyünü müdafiə edərkən həlak olub.

Müraciətdə BMT Təhlükəsizlik Şurasının Ermənistandan öz ordusunu Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 1993-cü il tarixli qətnamələri xatırladılır. Qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz faktı və onun ərazilərinin beşdəbir hissəsinin işğalı özü-özlüyündə beynəlxalq hüququn başlıca prinsiplərinin ciddi şəkildə pozulması deməkdir.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı dəstələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyasının qəbul etdiyi 62/243 saylı qətnamədə beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilən mövqeyi yenidən təsdiqlənib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericiləri BMT TŞ-nin bu qətnamələrinə əsaslanaraq, erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən onlarca digər qətnamələr qəbul ediblər.

Tarix
2020.07.13 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla