Yuxarı

Karantini pozan məşhur şirkət məhkəməyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantini pozan məşhur şirkət məhkəməyə verildi

“Nurgün Group” barədə inzibati protokol tərtib edilib.

Axar.az Report-a istinadla xəbər verir ki, şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması) maddəsi ilə tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu inzibati xətaya görə, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, 1994-cü ildə təsis edilən “Nurgün” Şirkətlər Qrupu “Nissan“, “İnfiniti”,” Ford” və “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur. “Kontinental” və “Ailə” supermarketlər şəbəkələrinin də daxil olduğu şirkətlər qrupunun ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, inşaat, yükdaşıma və s. sahələrdə fəaliyyəti var.

Tarix
2020.07.13 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla