Yuxarı

Təhsil haqqı azaldılmalıdır: səbəbləri... - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil haqqı azaldılmalıdır: səbəbləri... - Ekspert

Azərbaycanda təhsil haqqı təhsilin keyfiyyəti ilə müqayisədə kifayət qədər yüksəkdir.

Bunu Axar.az-a təhsil eksperti Elşən Qafarov millət vəkili Erkin Qədirlinin təhsil haqqının azaldılması ilə bağlı Milli Məclisin iclasında səsləndirdiyi təklifə münasibət bildirərkən deyib. O qeyd edib ki, təhsil haqqının ən azı yarıya qədər azaldılmasına ehtiyac var:

“Erkin Qədirli çox gözəl təklif irəli sürüb. Ölkənin ali təhsil müəssisələrində təhsil haqqı çox yüksəkdir. Məhz buna görədir ki, Azərbaycanda son illər daha ucuz qiymətə daha yaxşı təhsil verən xarici ölkələrə, xüsusilə də Türkiyəyə axın başlayıb. Bu səbəbdən təhsil haqqının azaldılması çox doğru və düzgün qərar olar. Nəinki dövlət, özəl ali təhsil müəssisələrində də təhsil haqqının yarıbayarı azaldılması ali və orta təhsilin əlçatanlığını artırar”.

Ekspert bu təklifin özəl ümumtəhsil məktəbləri üçün keçərli olmadığını bildirib:

“Qanunvericiliyə əsasən, özəl ümumtəhsil məktəbləri təhsil haqqını özü müəyyən edir. Beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramlar üzrə ümumtəhsil məktəbləri ödənişli təhsil təşkil edə bilər. Əgər dövlət ümumtəhsil müəssisələri daha keyfiyyətli təhsil təşkil edə bilsələr, vətəndaşlar da qat-qat bahalı olan özəl ümumtəhsil müəssisələrinə müraciət etməzlər. Vətəndaşların bir çoxu özəl ümumtəhsil müəssisələrinə ingilis dilinə görə müraciət edir. Buna görə əvvəldən dövlət ümumtəhsil məktəblərində ingilisdilli pedoqoji kadrların hazırlığı olmalı idi. Bu, həm də rus bölməsinə axını azaldardı”.

Qeyd edək ki, millət vəkili Erkin Qədirli 2020 və 2021-ci il üçün tələbələrin təhsil haqqının azaldılmasını təklif edib.

Tarix
2020.08.06 / 09:07
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla