Yuxarı

Naxçıvanda vəziyyət çətindir – Siyavuş Novruzov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda vəziyyət çətindir – Siyavuş Novruzov

Naxçıvan Muxtar Respublikasına cəmi 1,3 milyon manat ayrılıb. Bu həddən artıq az vəsaitdir. Naxçıvanda Əlahiddə Qoşun Birləşməsi, Sərhəd Xidməti var. Məncə, Naxçıvana ayrılan vəsaitin artırılması haqda düşünməliyik. Ermənistanla ən böyük sərhədimiz Naxçıvan Muxtar Respublikasıdır. Bu gün də Ermənistanın daha çox çəkindiyi Naxçıvandakı Əlahiddə Qoşun Birləşməmizdir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri xatırladıb ki, Naxçıvan Ermənistan, İran və Türkiyə ilə sərhəddir:

“Mən Operativ Qərargaha təşəkkür edirəm. Naxçıvana olan təyyarə reyslərini artırdı. Hazırda həftədə 6 təyyarə reysi var. Nəzərə alın ki, insanlar bura gəlib-getməkdə çətinlik çəkir - xüsusilə, həkim və təhsillə bağlı gəlmək niyyətində olanlar”.

Deputat çıxışı zamanı sual da ünvanlayıb:

“1,3 milyon manatla Naxçıvan neyləyə bilər? Bu məbləğlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın? Biz Naxçıvanı qorumalıyıq. Bunun üçün də əhalinin sosial müdafiəsi, ordununun təchizatı yüksək səviyyədə olmalıdır. Orada təlimlər keçirilir. Təklif edirəm ki, III oxunuşa qədər Maliyyə Nazirliyi, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirsin. Biz bu məsələyə həssas yanaşmalıyıq. Naxçıvan blokada şəraitindədir. İran və Türkiyə ilə yol bağlıdır. İnsanlar məhsullarını kənara çıxara bilmir. Bir çox rayonlardan fərqli olaraq, Naxçıvanda vəziyyət çətindir. Əvvəl insanlar məhsullarını İran vasitəsilə bura gətirirdilər. İndi bu imkan da yoxdur. Türkiyəyə yol bağlıdır. Hesab edirəm ki, ora ayrılan vəsait artırılmalıdır. Tovuz istiqamətində vəziyyət kəskinləşəndə Naxçıvanda, Sədərək istiqamətində də atışmalar baş verdi. 1,3 milyon orada atılan 2-3 raketin qiymətidir”.

Tarix
2020.08.06 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ərdoğan Azərbaycana yola düşdü

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla