Yuxarı

Azərbaycan dili ilə bağlı şok tarixi kitab - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan dili ilə bağlı şok tarixi kitab - Foto

Araşdırmaçı jurnalist Rizvan Hüseynov Azərbaycan tarixi ilə bağlı unikal bir kitabı üzə çıxarıb.

"Strateq.az" bildirir ki, 1890-cı ildə Peterburqda Albert Straçevskinin müəllifliyi ilə çap olunmuş "Bizim qonşular. Sərhədçilər üçün tərcümə vəsaiti" kitabında Rusiya ilə qonşu olan 12 müxtəlif xalqların danışdığı 12 dil göstərilib. Hər dil üzrə 2000 lazım olan söz onun rus dilində qarşılığı ilə verilib.

Kitabda 12 dil əks olunub: Bunlar Azərbaycan dili, qərbi-kürd dili, şərqi –kürd dili, Gilan dialekti, Mazandanan dialekti, əfqan, monqol, mancur, Koreya dili və bir neçə digər dilləridir.

Kitabda birinci olaraq Azərbaycan dili gəlir. Kitabı tərtib edən rus müəllif başlığa nə "tatar" nə də başqa söz deyil "Azərbaycan dili" yazıb. Bu nadir kitab erməni qonşularımızın tariximizlə bağlı təhriflərinə qarşı ciddi sübutdur. Çünki ermənilər və onlara züy tutan bəzi elmi dairələr 19-cu əsrdə "Azərbaycan dili" və "azərbaycanlı" anlayışının olmadığını iddia edərək bu adın guya 20-ci əsrin ortalarında formalaşdığını vurğulayırlar.

Rus jurnalisiti və Avropa, Şərq dillərinin mahir bilicisi olan Albert Starkovski Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Rus tarixi ilə bağlı bir sıra nadir əlyazmaların rus dilinə tərcüməsini edib. 1848-1853-cü illərdə Starçevski "Ensiklopedik sorğu lüğəti"ni redaktə edib.

Tarix
2015.04.12 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

Rusiya səfiri XİN-ə çağırıldı - Bakıdan nota

Peter Staray Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla