Yuxarı

Direktor barəsində cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor barəsində cinayət işi məhkəməyə göndərildi

Ölkəmizdə uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, bəzi hallarda sahibkarlıq subyektləri tərəfindən yaradılmış azad və rəqabətli iqtisadi mühitdən sui-istifadə edilməklə vətəndaşlara qarşı dələduzluq edilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi adı ilə aldadılıb əmlaklarının ələ keçirilməsi kimi neqativ hallara rast gəlinir.

Bu kimi hallara, o cümlədən əhalini narahat edən digər korrupsiya hüquqpozmalarına qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının kompleks, sistemli və ardıcıl tədbirləri davam etdirilməkdədir.

Belə ki, “Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılmaqla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlara əsasən Azadə Səfərovaya həmin Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 30 iyul 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.

Tarix
2020.08.10 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla