Yuxarı

Məscidlər niyə açılmır? – Din xadimi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məscidlər niyə açılmır? – Din xadimi

Din bir neçə məqamı – can və mal sağlığını vacib sayır. Dində ilk növbədə insanların cansağlığıdır. Can sağ olmadıqdan sonra ibadət etmək də müşkülə çevrilir. Cansağlığı bu baxımdan dində çox önəmlidir. Məscidlər insanların izdihamla gəldiyi yerlərdir. Koronavirus dövründə bəzi insanlar deyirlər ki, sosial məsafə gözlənilməklə ibadət edilə bilər. Amma pandemiyanın ən aşağı səviyyəyə enməsini gözləmək lazımdır.

Bunu Axar.az-a açıqlamasında ilahiyyatçı Vüqar Səmədov deyib. İlahiyyatçının sözlərinə görə, məscidlərin yenidən inanclı insanların üzünə açılması üçün ekspertlərin rəyləri olmalıdır:

“İnsanların bu mövzuda anlayışlı davranmaları lazımdır. Biz də din xadimi olaraq bilirik ki, məscidlər Allah evidir, dua yeridir və bir an tez açılsa yaxşıdır. Biz də arzulayırıq ki, məscidlər açılsın. Ancaq koronavirus dünyada nəzarət altına alınmayıb, peyvəndi tapılmayıb. Bəzi yerlərdə ikinci, bir sıra ölkələrdə üçüncü dalğanın gəlmə təhlükəsi var. Əgər koronavirus kütləvi yolumalara səbəb olmayacaqsa, nəzarət altına alına biləcəksə, o zaman məscidlər açılacaq. Bunun üçün də mütəxəssislərin rəylərini gözləmək lazımdır”.

Vüqar Səmədov deyib ki, məscidlərin bağlı olduğu müddətdə insanlar evdə də camaat namazı qıla bilərlər:

“Təbii ki, camaat namazları önəm ərz edən ibadətlərdəndir. Məsələn, cümə namazlarının məsciddə qılınması lazımdır. Amma istisna və zəruri hallar olarsa, namazın evdə qılınmasına icazə verilir. Mən həyatımda ilk dəfədir ki, məscidlərin bu qədər bağlı qaldığını görürəm. Bu, sadəcə Azərbaycanda olan vəziyyət deyil, bütün dünyada belədir. Koronavirusa yoluxmuş insanın virusu gedib başqasına bulaşdırmasındansa, evində ibadət etməsi daha yaxşıdır”.

Tarix
2020.08.12 / 15:15
Müəllif
Tural Turan
Digər xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

İrandan təxliyə üçün Bakıya neçə ölkə müraciət edib?

Prezident Dan Yorgenseni qəbul etdi

Bürc Xəlifəyə zərbə: Bu görüntü hər kəsi aldadır - Video

İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

Milli Məclisin növbəti iclası başladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla