Yuxarı

Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər.

İdarədən Axar.az-a verilən məlumata görə, iyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin məzunu Ağakərimova Aydan Şahbala qızı, 213 nömrəli məktəb-liseyin məzunu Qardaşəliyeva İlahə Şahgül qızı, 229 nömrəli tam orta məktəbin məzunu Rəfiyeva Nəzrin Bənamil qızı, 247 nömrəli tam orta məktəbin məzunu Mirzəyeva Günay Şaiq qızı, 271 nömrəli tam orta məktəbin məzunu Məhərrəmli Nərgiz Eldar qızı və 305 nömrəli tam orta məktəbin məzunu Lalayev Fərid Cəmil oğlu 297 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Tarix
2020.08.13 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla