Yuxarı

Məktəbli formaları neçəyədir? – BTE-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli formaları neçəyədir? – BTE-dən açıqlama

Hazırda məktəbli formaları köhnə qiymətlərlə satılır. 40 manat aşağı siniflərin, 46 manat isə yuxarı siniflərin kostyumlarıdır. Köynəklər isə 8 manatdır.

Bunu Axar.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Etibar Əzimov hazırda tikiş evinin məhsullarının köhnə qiymətlərlə satılmasının səbəblərindən də danışıb:

“Ötən ildən məktəbli formalarımız qalıb. Yeni məktəbli formalarının tikilişi üçün də kifayət qədər parçamız var. Hələ ki, yeni qiymətlər müəyyənləşdirilməyib. Çünki məktəblərin açılıb-açılmayacağı bilinmir. Bununla bağlı rəsmi qərar da yoxdur. Ona görə də məktəbli formalarını hələ ki, köhnə qiymətlərlə satırıq. Bu il nə qədər məktəbli formasının hazırlanacağı da məlum deyil. Ona görə ki, hazırda bizim bütün mağazalarımızda məktəbli formaları var. Bəzi mağazalarımız açılıb, bəzi mağazalarımız isə molların tərkibində olduğu üçün gözləyir. Hazırda fabrikin tərkibində olan 5 mağaza işləyir. İndiki məqamda əsasən alıcılarımız liseylər və aşağı siniflərdir”.

Tarix
2020.08.13 / 11:46
Müəllif
Tural Turan
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla