Yuxarı

Müharibə iştirakçılarına yardım edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə iştirakçılarına yardım edildi

Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib.

Fonddan Axar.az-a verilən məlumata görə, Prezidenti İlham Əliyevin 3 aprel 2015-ci il tarixli "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı hazırki vəziyyətə 18881 nəfərə şamil olunub ki, bunlardan 1342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 800 manat məbləğində birdəfəlik yardım göstərilib.

Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 400 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 17539 nəfərdir.

1941-1945-ci illər müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımların ən yüksəyi MDB üzrə Azərbaycanda qeydə alınıb. Belə ki, Azərbaycan manatı ilə ifadə etsək, bu məbləğ Belarusda təxminən 740 manat, Rusiyada 138 manat, Qazaxstanda 570 manat, Özbəkistanda 295 manat və s. təşkil edir.

Tarix
2015.04.13 / 16:47
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla