Yuxarı

Hüseyn Arifin polis nəvəsi “Bandotdel”ə çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseyn Arifin polis nəvəsi “Bandotdel”ə çağırıldı

Azərbaycanın mərhum xalq şairi Hüseyn Arifin nəvəsi "Bandotdel"ə çağırılıb.

Axar.az xəbər verir ki, dünən Abşeron rayon Polis İdarəsi Mehdiabad polis bölməsinin əməliyyatçısı Tural Rəhmanzadə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılıb.

Mehdiabad polis bölməsindən bildirilib ki, Hüseyn Arifin nəvəsi olan Tural Rəhmanzadə ilə bağlı müvafiq idarədə rüşvət faktına görə araşdırma başlayıb. T.Rəhmanzadənin ifadəsi alınaraq buraxılsa da, araşdırmanın davam etdiyi vurğulanır.

Mənbə onu da bildirib ki, Mehdiabad PB-də qeydə alınan bu fakt bölmə rəisi Eldar Qazıbəyovun da məsələsini DİN rəhbərliyinin gündəminə gətirəcək. Belə ki, ötən payız nazir Ramil Usubovun əmri ilə "xidmətə yararsız" kimi ağır töhmət alan Qazıbəyovun vəzifəsinə bundan sonra da davam edəcəyi şübhə doğurur.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis bölməsinin rəisi E.Qazıbəyov "xidmətə yararsız" hesab edilib. Bu, polis orqanlarında ən ağır cəza sayılır və bu cəzanı almış şəxsin təkcə vəzifədən deyil, polis sıralarından çıxarılma məsələsi müzakirə mövzusudur.

Tarix
2015.04.17 / 11:44
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla