Yuxarı

Hansı TV dilimizi daha çox korlayır? - Monitorinq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında aparılmış monitorinqlərin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, monitorinqlər ölkənin 6 televiziya kanalının – İctimai, ANS, Azad Azərbaycan, Space, Lider və Xəzər televiziyalarının xəbər və xəbərdən törəmə proqramlarının dili ilə bağlı keçirilib.

İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrupun rəhbəri Şahlar Məmmədlinin açıqlamasına görə, statistik təhlillər əsasında televiziyaların dili üzərində aparılmış monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyəsi üzrə 145 nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik - üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurudur.

Ş.Məmmədlinin sözlərinə görə, araşdırma zamanı 20% fonetik, 24% leksik, 27% üslubi, 22% morfoloji və 7% qrammatik norma pozuntusu məlum olub:

"Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normasının pozulma hallarını əks etdirən dil faktlarından 15%-i İctimai TV-də, 14%-i ATV-də, 15%-i ANS TV-də, 18% Xəzər TV-də, 17%-i Space TV-də, 21%-i isə Lider TV-də müşahidə edilib".

Ş.Məmmədli bildirib ki, fonetik normaların tələblərinə ən çox İctimai TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox Xəzər TV-də olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev bildirib ki, televiziyaların dilində ən böyük problem alınma sözlərlə bağlıdır.

"Bəzi sözlərin Azərbaycan dilində qarşılığı olsa da, daha çox alınma sözlərə üstünlük verilir. Məsələn, dilimizdə "razılaşma" sözü olsa da, "konsersium" sözü işlədilir. Daha yaxşı olardı ki, heç olmasa, həmin sözlə yanaşı, öz sözümüz də işlənsin ki, insanlar sözün mənasını anlaya bilsinlər".

O, həmçinin qeyd edib ki, radioların dili televiziyaların dilindən daha yaxşıdır.

T.Hacıyevin sözlərinə görə, mətbuatın dilində ciddi qüsurlar olsa da, monitorinqlərin aparılması ilə bu kimi halların nisbətən azalması müşahidə olunur.

Tarix
2015.04.17 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla