Yuxarı

Əliyevin şərəfinə hazırlanan Ayfon neçəyədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin şərəfinə hazırlanan Ayfon neçəyədir?

"Azərbaycana Heydər Əliyevin şəkli olan Ayfonlardan cəmi 6 ədəd gətirilib".

Bu barədə Axar.az-a açıqlamasında "Caviar" şirkətinin nümayəndəsi söyləyib.

O, ayfonlardan artıq ikisinin satıldığını bildirib:

"Heydər Əliyevin şəkli olan ayfonlardan 6 ədəd gətirilib. Onlardan 2-si satılıb. Hazırda 4-ü qalıb. Ağ qızılla olan ayfon 6300 manat, gerblə olan isə 4800 manatdır".

Qeyd edək ki, "Caviar" italyan brendi üzərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəsmi olan qızıl telefonlar hazırlayıblar. Yeni Supremo kolleksiyası Ayfon 6 smartfonlarından ibarətdir. Kolleksiyaya daxil olan Supremo Aliyev, Supremo Aliyev Titano White Gold, eləcə də Azərbaycan gerbinin əks olunduğu modellər Perla Penna zərgərlik emalatxanasının ustaları tərəfindən yüksək peşəkarlıqla hazırlanıb. Hər iki telefon ağ qızılla uyğunluqda titandan hazırlanıb, mükəmməl dizaynı isə bu modeli digərlərindən fərqləndirir. Onlardan birinin üzərində Azərbaycanın gerbi və ümumilli liderin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözləri və Azərbaycan bayrağı əks olunub. Limitli kolleksiyanı Caviar-Azərbaycan butikindən əldə etmək olar.

Tarix
2015.04.18 / 08:45
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla