Yuxarı

Bakıda avtobuslar niyə yanır? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda avtobuslar niyə yanır? – Ekspert

Son vaxtlar paytaxtda tez-tez avtobusların yanması halları müşahidə edilir. Xüsusən bu ay Bakı Bus MMC-nin istismarında olan iki avtobusun yanması diqqəti çəkib. Ekspertlər bu vəziyyətin həm vətəndaşların həyatı üçün təhlükəli olduğunu, həm də maddi itkiyə yol açdığını bildiriblər.

Məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, avtobusların yanmasına səbəb fasiləsiz istismarı ola bilər:

“Buna görə də mütəmadi monitorinqlər keçirilməlidir. Yaxşı olardı ki, BNA ictimaiyyət üçün “açıq qapı” günü keçirsin, ekspertlər dəvət olunsun və mövcud nəqliyyat vasitələri qiymətləndirilsin.

Bu gün səhər saatlarında 88A marşrutu üzrə hərəkət edən avtobus yanıb. Bakı Nəqliyyat Agentliyinin komissiyası avtobusun alışması ilə bağlı mütləq şəkildə araşdırma aparmalıdır. Həmin komissiya tez bir zamanda yanma səbəbini ictimaiyyətə açıqlamalıdır, müvafiq qurumlar da buna əsaslanaraq tədbirlər görməlidirlər”.

Eldəniz Cəfərli deyib ki, hazırda Bakı şəhərində nəqliyyat çox gərgin rejimdə çalışır:

“Sərnişinlərin daşınmasında böyük problemlər var. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə qayda-qanun yaratsa da, gərginlik davam etməkdədir. Sərnişinlərin sayı çoxdur, buna görə avtobuslar fasilə vermədən çalışır. Artıq Bakı şəhərində yeni növ nəqliyyat vasitələrinin tətbiq edilməsinin zamanıdır”.

Tarix
2020.09.16 / 09:19
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla