Yuxarı

Oqtay Şirəliyev həkimlərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Şirəliyev həkimlərə müraciət etdi

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar səhiyyə müəssisələrinin rəhbərlərinə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlikdə Avropa Oyunları ilə əlaqədar keçirilən kollegiya iclasında çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, qurum tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib: "Ona görə də bütün səhiyyə müəssisələrinin rəhbərləri istər əhali, istərsə də ölkəyə gələcək qonaqlara ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir".

Aprelin 26-da Bakıda ilk Avropa Oyunlarının məşəlinin yandırılacağını və onun məşhur insanlar və idmançılarla birgə Azərbaycanın bütün regionlarına, şəhərlərinə aparılacağını, həmin regionlarda bayram tədbirləri və festivallar keçiriləcəyini xatırladan nazirin sözlərinə görə, regionlarda tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçilər təyin edilməlidir.

O.Şirəliyev deyib ki, tibb müəssisələrinin hər biri gərgin iş rejimində fəaliyyət göstərməyə hazır olmalıdır.

Tarix
2015.04.21 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla