Yuxarı

DYP-dən piyadalara müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 59 faizini təşkil edir. Bu, bizi ciddi narahat edir.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

V.Əsədov "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar:

"Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisi onu da əlavə edib ki, piyadaların vurulması ilə bağlı hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada keçidlərin yaxınlığında bu cür hallar daha çoxdur:

"Ən çox piyadaların vurulması hadisəsi yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".

V.Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar:

"Eyni zamanda piyadalar da keçidlərdən istifadə etməlidir. Xatırladım ki, Bakı şəhər üzrə 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Hesab edirik ki, hər kəs öz təhlükəsizliyini qorumalıdır. Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsiliyi qəzalara səbəb olur.

Hesab edirik ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Bir daha hər bir yol hərəkəti iştirakşısını diqqətli olmağa çağırırıq. Yol hərəkətinə kiçik bir səhv ölümlə nəticələnən yol qəzalarına səbəb ola bilər. Unutmayaq ki, insanları bir-biri ilə münasibət yaratmağa yollar kömək edirsə, kişik bir səhv onları ayıra bilər".

Tarix
2020.09.17 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla