Yuxarı

Bu telefonları dinləmək mümkün deyil? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu telefonları dinləmək mümkün deyil? – Ekspert

Zaman-zaman informasiyalar yayılır ki, yeni telefonlar var və onun dinlənilməsi mümkün deyil. Fikrimcə, mobil şəbəkələr elə qurulub ki, onların dinlənilməsi artıq problem yaratmır. Yəni, bütün mobil şəbəkələri dinləmək mümkündür.

Bunu Axar.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dinlənilmədiyi iddia edilən “VoLTE” telefonlarından danışarkən deyib.

Ekpert bildirib ki, А5/3 şifrələməsi ilə mühafizə edilən “VoLTE” mobil şəbəkələrində danışıqların ələ keçirilməsinə qarşı ən dözümlü olduğu iddia edilən telefonlarla bağlı hələ ki, araşdırma aparmayıb:

“İndi yeni texnologiyalar, təzə proqram təminatları mövcuddur. Hətta telefonların qanuni və qeyri-qanuni cəhətdən dinlənilməsi məsələləri var. Əvvəlki texnologiyaların dinlənilə bilməməsi ilə bağlı deyilənlər nisbi xarakter daşıyır. Çünki texnoloji yeniliklər bütün mobil şəbəkələri dinləməyə imkan verir. Müəyyən telefonlarla bağlı bu cür xəbərlərin yayılması daha çox reklam xarakterli ola bilər”.

Ekspertin fikrincə, elə texnoloji resurslar var ki, onlardan informasiyanın ötürülməsi şifrələnmiş formada olur:

“Məsələn, Votsapda yazışmalar şifrələnmiş haldadır. İnformasiya bir bu başda, bir də o biri başda şifrələnir. Ortada hər hansı data baza yoxdur ki, informasiya emal edilsin. Oradan informasiyanı izləmək çətin olur. Digər informasiya ötürücülərində, başqa sahələrdə də belə şifrələnmiş ötürülmələrdən istifadə edilirsə, o zaman izləmək istəyən tərəf üçün problem olur. Yəni mobil şəbəkənin və ya şifrələnmiş ötürülmələrin izlənməsi üçün gərək onun alqoritmi açılsın. Alqoritm isə hər şirkətin özündədir”.

Qeyd edək ki, Rusiyanın “Jet Infosystems” şirkətinin eksperti Dmitri Kuramin “VoLTE” mobil şəbəkələrində danışıqların А5/3 şifrələməsi ilə mühafizə olunduğunu bildirib.

Tarix
2020.09.18 / 12:56
Müəllif
Tural Turan
Digər xəbərlər

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla