Yuxarı

Kişilərin pensiya yaşı artırılır? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kişilərin pensiya yaşı artırılır? – Rəsmi

Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır:

“Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq”.

A.Məcidov qeyd edib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı tarixdən 1 iyul 2018-ci il tarixədək ilə şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi”.

Tarix
2020.09.21 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla