Yuxarı

“Nar” bu abituriyentləri mükafatlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” bu abituriyentləri mükafatlandırdı

“Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri mükafatlandırdı. Builki qəbul imtahanında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayevə mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrəsi və zənglər üçün ödənişsiz balans təqdim edilib.

Axar.az xəbər verir ki, ilin ən uğurlu və ən zəkalı abituriyentlərinə hədiyyələri “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke təqdim edib. Cənab Q.Panke hər iki gənci təbrik edib və gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanları zamanı 700 bal toplamış abituriyentləri mükafatlandırmaq “Nar” üçün artıq ənənəyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak etmiş minlərlə gənc arasında ən böyük uğuru yalnız ikinizin qazanması sizin üçün bir stimul olacaq. Düşünürəm ki, sizin kimi dəyərli, savadlı və zəhmətkeş gənclər gələcəkdə yaxşı mütəxəssis olacaq. Bundan sonrakı həyatınızada böyük uğurlar qazanacağınıza, eləcə də dünyagörüşünüzü və bacarıqlarınızı daha da inkişaf etdirməklə cəmiyyətə böyük fayda verəcəyinizə inanıram”.

Qeyd edək ki, ən yüksək nəticə göstərmiş abituriyentlərin mükafatlandırılması tədbirinə bu il də Modern.az İnformasiya Agentliyi informasiya dəstəyi verib. Xatırladaq ki, “Nar” 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış 15, 2018-ci ildə isə 29 abituriyenti mükafatlandırmışdı.

Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Tarix
2020.09.21 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla