Yuxarı

İki kollec direktoru vəzifəsindən azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki kollec direktoru vəzifəsindən azad edildi

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunublar.

Nazirlikdən Axar.az-a verilən xəbərə görə, təhsil nazirinin müavini Firudin Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb, tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə təşəkkürünü bildirib. Tənzilə Şıxıyeva və Eldar Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən, tutduqları vəzifədən azad ediliblər.

Tənzilə Şıxıyeva və Eldar Əliyev kollec direktoru vəzifəsində 35 ilə yaxın fəaliyyət göstəriblər.

Ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adı alıb. Eldar Əliyev isə 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Tarix
2015.04.24 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

Üç nəfərin öldüyü yanğın: vəzifəli şəxs həbs olundu

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ceyhun Bayramov İtaliyaya səfər etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla