Yuxarı

Beynəlxalq Bank Orduya 1 milyon manat köçürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq Bank Orduya 1 milyon manat köçürdü

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuza dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Bu barədə Axar.az-a Beynəlxalq Bankdan məlumat verilib.

Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyətindən irəli gələrək bu ilin martında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon məbləğində ianə ayırıb.

Bundan başqa, bank pandemiyaya qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə də dəstək verib. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.

Ölkəmizin böyük kommersiya qurumlarından biri olaraq Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.

Tarix
2020.09.30 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla