Yuxarı

Döyülən rektor qızı: “Hamının başına iş gələ bilər” – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyülən rektor qızı: “Hamının başına iş gələ bilər” – Video

Xəzər Universiteti rektorunun döyülən qızı Bakıdadır.

Axar.az xəbər verir ki, Hamlet İsaxanlının övladı Ülkər İsayeva sözügedən ali məktəbdə keçirilən konfransda iştirak edib. Ü.İsayeva konfransın artıq yekunlaşdığını öz Feysbuk səhifəsində yazıb və iştirakçılara təşəkkür edib:

"Azərbaycan 2-ci Beynəlxalq Psixologiya Konfransı sona yetdi. Birinci növbədə qonaqlarımıza, inanılmaz pozitiv və maraq dolu, motivasiya verən iştirakçılarımıza, başda Mələk Kərimova olmaqla Psixologiya Departamentinin bütün müəllimlərinə, əməyi keçən hər kəsə təşəkkürlər".

Rektor qızı növbəti statusunda isə başına gələnlərə eyham vurub:

"Nifrət hissindən uzaq olun. Özünüz öz həyatınızı nifrət hissi ilə zəhərləməyin. İnsanlara həmişə yaxşılıq etməyə çalışın. Nüfuzundan, vəziyyətindən, statusundan asılı olmayaraq, insanlara yaxşılıq edin. İnsanları mühakimə etməkdən uzaq olmağa çalışın. Həyatda bir dəfə yaşayırıq, hamımızın başına iş gələ bilər. Başqalarının dalınca danışaraq özünüzə pislik edəcəksiniz".

Qeyd edək ki, Ülkər İsayeva bu il mart ayının 8-dən 9-na keçən gecə, saat 04 radələrində əvvəldən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.

Tarix
2015.04.27 / 09:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla